Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında aprelin 11-də prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvünün - Aydın Mirzəzadənin təsdiq edilməsi məsələsinə baxılıb.
AzVision.az-ın məlumatına görə, iclasda MSK katibi Arifə Muxtarova deyib ki, A.Mirzəzadənin məşvərətçi səshüquqlu üzvü təsdiq edilməsi üçün əsaslar var. Məsələ müzakirəyə çıxarılaraq qəbulı edilib.