5 milyon 347 mindən çox seçki bülleteni çap olunacaq
06 Mart 2018
Oxunub:1737
Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb.
AzVision.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib ki, ümumilikdə 5 milyon 347 min 803 bülleten çap olunacaq.
İclasda bülletenlərin mətni, forması, hazırlanması qaydası müzakirə olunub, müvafiq qərar qəbul olunub.