Qarabağ danışıqları seçkidən sonra davam etdiriləcək
Nazir bildirib ki, Mərakeş və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və ölkələrimiz arasında əməkdaşlıq strateji səviyyədədir.
"Mən mərakeşli həmkarımı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son durum barədə məlumatlandırdım. Biz həmsədrlərlə prezident seçkilərindən sonra harada və nə vaxt görüş keçiriləcəyi barədə danışıqlar aparırıq. Prezident seçkilərindən sonra danışıqları daha intensiv şəkildə davam etdirməkdə qərarlıyıq".
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: XİN Məmmədyarov