İrandan FHN-ə müraciət: Helikopter və 2 gəmi axtarışa başladı

İrandan FHN-ə müraciət: Helikopter və 2 gəmi axtarışa başladı
  26 Fevral 2018    Oxunub:6038
Dünən axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində olarkən 1 nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.
FHN-dən AzVision.az-a verilən məlumata görə, məlumat aidiyyəti dövlət qurumlarına ötürülüb.

Fevralın 26-da səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.​

AzVision.az


Teqlər: FHN   Gəmi   İran  





Xəbər lenti