Nazir iş adamlarının təbiətə vurduğu ziyandan danışdı

Nazir iş adamlarının təbiətə vurduğu ziyandan danışdı
  26 Fevral 2018    Oxunub:2402
"Təbiəti qorumaq tək hüquq-mühafizə orqanlarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, hər hansı bir məmurdan asılı olmamalıdır".

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Nazirin sözlərinə görə, ağacı kəsib onu maşına yükləyib gizli şəkildə gətirən şəbəkə üzvləri sıravi vətəndaşlardır: "Burada tərbiyə və dəyərlərdən söhbət gedə bilər".

Nazir, həmçinin iş adamlarının təbiətə vurduğu ziyandan söz açıb. Bildirib ki, iş adamı da şüurlu düşünməli və yaşıllıq olan ərazilərdə iş görməməlidir:

"Nazirlik bu kimi qanunsuz halların qarşısını öz səlahiyyətləri çərçivəsində alır. Aşkar olunan faktları törədən şəxslərin kimliyi məlum olmayanda bu məsələ polis orqanlarına təqdim olunur. Onlar da tədqiqat apararaq günahkarı tapıb cəzalandırırlar. Son 2 ildə təbiətə vurulan ziyanlarla bağlı əhəmiyyətli sərt cəzalar verilməyə başlanılıb".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Nazir   Ekologiya   Hüseyn-Bağırov  





Xəbər lenti