Tərtərdə minaatan mərmisi tapılıb

Tərtərdə minaatan mərmisi tapılıb
  26 Fevral 2018    Oxunub:1357
Daxili İşlər Nazirliyinin "102" Xidməti-zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Xoruzlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
AzVision.az ANAMA-ya istinadən xəbər verir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə su arxının yaxınlığına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minaatan mərmisinin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar - 25 fevral 2018-ci il tarixlərində müxtəlif ərazilərə baxış keçirilib, 1070 ədəd partlamamış hərbi sursat, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 24 865 kv.m ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Tərtər   Mərmi  





Xəbər lenti