Xocalı soyqırımı ilə bağlı Vyanada aksiya keçirilib
Dərnəyin fəalları aksiyaya maraq göstərən insanlarla söhbət edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında göstərdiyi səylərdən bəhs ediblər. Onlar Xocalı faciəsinin tarixi ilə maraqlanan Vyana sakinlərinə informasiya vərəqələri ilə yanaşı, matəmin rəmzi olaraq qərənfillər də paylayıblar.
Aksiya çərçivəsində Vyana Musiqi və İncəsənət Universitetinin tələbəsi Puria Osanlı skripkada matəm musiqisi ifa edib. (AzərTAc)
AzVision.az