DİN İqbal Ağazadənin Ağstafadakı aksiyası ilə bağlı açıqlama verdi

 DİN İqbal Ağazadənin Ağstafadakı aksiyası ilə bağlı açıqlama verdi
  22 Sentyabr 2013    Oxunub:1195
Ağstafada Ümid Partiyasnını sədri, prezidentliyə namizəd İqbal Ağazadənin təşviqat mitinqinin keçirilməsi zamanı qarşıdurma hallarının yaşanması ilə bağlı yayılan xəbərə Daxili İşlər Nazirliyindən də reaksiya gəlib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov “Qafqazinfo”ya açıqlamasında bildirbi ki, yayılan xəbərlər doğru deyil. Ağstafada seçicilərlə görüşdə heç bir insident baş verməyib.

O bildirib ki, “İqbal Ağazadə ilə seçicilərlə görüş üçün statdionda yer ayrılıb amma həmin görüşə cəmi 70-80 nəfərə qədər adam qatılıb. Görüşün istədikləri kimi baş tutmadığını görən ümidçilər rayon mərkəzinə yürüş etməyi qərara alıblar. Lakin polis onların bu cəhdinin qarşısını alıb və qayıdıb ayrılmış yerdə nəzərdə tutulan vaxta qədər seçicilərlə görüş keçirilməsini təklif edib. Bu zaman isə heç bir insident yaşanmayıb”.



Teqlər:  





Xəbər lenti