Ermənilər Xocavənddə tarixi abidələrimizi dağıdır
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, hazırda Xocavənd şəhərində yerləşən Qırmızıbazar qəsəbəsində qədim binalar sökülür. Belə ki, həmin binaların yerində 2 çoxmərtəbəli bina inşa ediləcək.
Qeyd edək ki, Xocavənd rayonu ərazisində Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki «Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Dağlıq-Qarabağ