Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarina Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihənin nəticələri açıqlanmadan öncə məktəbin qarşısında şagirdləri iştirakı ilə toplantı keçirildi. Təşkilatın rəhbəri Samirə Mustafayeva layihənin əas məqsədinin bu günkü gəncliyə vətən sevgisini böyük qürürla daşımağa sövq etmək, sərhədlərimizin bütövlüyünün mühüm əhəmiyyət kəsb etdiyini aşılamaq oldugunu bildirib.
Çərçiboğan kənd məktəbinin şagirdi olmuş, aprel döyüşlərinin canlı qəhrəmanı Yusif Məmmədov da şagirdlərə keçdiyi döyüş yolundan danışdı. İnşa yaziları üzrə 1,2,3 yerlər üzrə qaliblərə hədiyyələr, diplomlar təqdim olundu. Ümumilikdə inşa yazıları üzrə 15 şagird mükafatlandırıldı.
AzVision.az