Məmmədyarov Cenevrə görüşündən danışdı: “Sarkisyan razılaşmanı pozdu”
XİN rəhbəri vurğulayıb ki, Ermənistan prezidenti məsuliyyətsizcəsinə bəyənatdan kənara çıxıb və razılaşmanı pozub.
"Prezidentlərin danışıqları zamanı bir sıra məsələlər müzakirə olunub və prezidentlər danışıqların intensivləşməsinə dair razılığa gəliblər. Həmsədrlərin danışıqları ilin sonuna kimi intensiv şəkildə aparacaqlarına dair təklifləri var.Onlar təklif ediblər ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşü olsun.Lakin görüşün yeri və tarixi hələlik məlum deyil"- Məmmədyarov deyib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Məmmədyarov Cenevrə XİN