Azərbaycanda liberal hava nəqliyyatı yaradılır
Bununla əlaqədar olaraq, bu gün İşçi Qrupunun növbəti toplantısı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin və Azərbaycan Konqreslər Bürosunun İşçi Qrupa üzv nümayəndələri iştirak etmişlər.
Görüşdə ölkəmizdə mövcud hava limanlarına yerli və xarici aviaşirkətlər tərəfindən edilən uçuşlar, yaxın gələcəkdə fəaliyyətə başlayacaq yeni hava əlaqələri, Avropa İttifaqı ilə Azərbaycan arasında ortaq hava məkanı sazişinin layihəsinin mövcud vəziyyəti və digər məsələlər müzakirə edilib.
AzVision.az
Teqlər: Nəqliyyat