Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi
Dünya mediasının bu mühüm toplantını necə işıqlandırması onların internet saytlarına baxmaqla görə bilərsiniz. Ancaq əlbəttəki iş bununla bitmir, çünki bizdən olub bizə düşmən kəsilən məlum yarımmillətə ayı xidməti göstərənlərimiz hər dəfə hökmən olmalıdır.
“Azadlıq” qəzeti kəmfürsətlik edib tələm-tələsik şəkildə hay-küy salıb, sevincək xəbər verir ki, "Qırğızıstan prezidenti Azay Quliyevi sözünü geri götürməyə məcbur etdi".
Əslində isə Qırğızıstan mətbuatı Azay Quliyev bəyanatındakı "self-sensorship" sözünün tərcüməsində yalnışlığa yol verib. Hazırkı prezident Atanbayevlə görüşdə ATƏT-ın xüsusı kordinatoru Azay Quliyev məsələni bir daha izah edib. Bundan sonra Atanbayev ölkə mediasına səhvini düzəltməyi tövsiyə edərək müşahidə missiyasının rəhbərinə fəaliyyətinə görə təşəkkürunu bildirib. Bu qədər sadə və aydın bir məsələ!
Qarayaxma, yalan, qərəz və öz gözündə tiri görməyib özgə ünvanlarda tük axtarmaqla yalnız yerin dibinə batmaq, özünü rəzil etmək olar, başqa heç nə...
Azay Quliyev özü də Facebook-da bu haqda yazıb: “Atambayevin "özünəsenzuru" səhvən KİV-ə "senzur" kimi təqdim etməsinə etdiyim düzəlişlə razılaşmasını "fake" qəzetlər təhrifcəsinə manşet edib”.
AzVision.az
Teqlər: Azay-Quliyev