“Kişilər məni yox, Naziki öpürlər” - 88 yaşlı aktrisa

“Kişilər məni yox, Naziki öpürlər” - 88 yaşlı aktrisa
  15 Sentyabr 2017    Oxunub:24464
“Əhvalım əladır. Şükürlər olsun ki, heç yerim ağrımır. Özümü 10 yaş cavan hiss edirəm. Ancaq bir şey var ki, yaman darıxıram”

Bunu AzVision.az-a bu yaxınlarda 88 yaşını qeyd edən azərbaycanlı aktrisa, “Ulduz” filmindən Nazik kimi tanıdığımız Məleykə Şahmərdanova deyib.
Uzun müddətdir ki, mətbuatdan uzad düşən aktrisa həmişə şən, pozitiv olmağa çalışdığını söyləyib.
“Şəhər evində qalıram, havalar isti olduğuna görə çölə çıxıb, gəzə bilmirəm. Mən təbiəti, meşəni görmək istəyirəm. Rayonlarımızı gəzmək istəyirəm. Buna maddi durumum yol vermir. Cəmi 161 manat təqaüd alıram. Onu da işığa, qaza, suya verirəm, özümə çox az pul qalır. Oğlanlarım olmasa, dolana bilmərəm. Onlar məni maddi baxımdan təmin edirlər.

Bu yaxınlarda oğlum məni Zaqatalaya aparıb, 4 gün gəzdirdi. Elə bil dünyanı, cənnəti gördüm. Kaş ki, dövlət qurumları təqaüdümü artırardı və ya istirahət evlərinə biletlər verərdilər. Yaşlı qadınam, bundan sonra nə istəyə bilərəm ki?! Nolar ki, məni yada salsınlar, köməklik göstərsinlər.
İnsanlar məni küçədə görəndə qucaqlayırlar, ürəyim açılır. Kişilər məni öpür. Əslində məni yox, Naziki öpürlər”.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Nazik  





Xəbər lenti