DİM abituriyentlərə müraciət edib

DİM abituriyentlərə müraciət edib
  11 Aprel 2017    Oxunub:1398
Dövlət İmtahan Mərkəzi “Azərbaycan dili” imtahanından “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.
DİM-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 9-da qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanında “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən şəxslər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul imtahanında iştirak edə bilərlər.

Lakin 11 iyunda keçiriləcək növbəti Azərbaycan dili imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmatahan  





Xəbər lenti