Komitə sədri deputatları tənqid etdi: `Niyə maaş alırsınız?`

Komitə sədri deputatları tənqid etdi: `Niyə maaş alırsınız?`
  01 Fevral 2017    Oxunub:1976
“Bəzi həmkarlarımız deyir ki, Milli Məclis işləmir. Milli Məclis işləmirsə, niyə buradan maaş alırsan?”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib. Komitə sədri bildirib ki, Milli Məclisin funksiyası qanun qəbul etməkdir.

“İndi biz Lenin kimi şalban daşıyaq ki, işləyirik, ya divar hörməliyik? Müsahibə verəndə fikirləşmək lazımdır. Başqa birisi deyir ki, prezidentin komandası dəyişməlidir, sən kimsən komanda dəyişirsən? Bu komandanın fəaliyyəti nəticəsində Azərbaycan belə inkişaf edib. Digər tərəfdən, komanda üzvlərini prezident təyin edir. Bəziləri yaddan çıxarır ki, biz parlamentli yox, prezidentli respublikayıq. Dövlət başçısı komanda üzvlərini təyin edir. Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Hər kəsin funksiyası var. Kiminsə kimdənsə xoşu gəlmirsə, bunu bu cür təqdim etmək olmaz. Azərbaycan Milli Məclisi beynəlxalq aləmdə güclü işləyir. Milli Məclisdə işləmək üçün hər bir şərait yaradılıb. Qanun təqdim et, alternativlik yarat. Amma ümumi danışmaq olmaz. Hər kəs oturduğu stula hörmət etsin”- S.Novruzov bəzi həmkarlarını tənqid edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti