AZAL: `Qar bizə problem yaratmayıb`

AZAL: `Qar bizə problem yaratmayıb`
  01 Fevral 2017    Oxunub:1747
Dünəndən başlayaraq ölkə ərazisində müşahidə edilən qarlı, çovğunlu hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə maneçilik törətməyib.
Bu barədə AzVision.az-a “Azərbaycan hava Yolları” QSC-nin mətbuat xidmərinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Qurum rəsmisinin sözlərinə görə, təyyarələrin yola salınması və qəbulu cədvələ uyğun olaraq həyata keçirilir.

“Nəzərdə tutulan reyslərdə təxirə salınma olmayıb. Hazırda mövcud olan qarlı hava uçuşların həyata keçirilməsində problem keçirilməsində problem yaratmayıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti