Azərbaycanda KİV-lərin sayı açıqlandı

Azərbaycanda KİV-lərin sayı açıqlandı
  01 Fevral 2017    Oxunub:1708
Azərbaycanda dövlət qeydiyyatından keçən KİV-lərin sayı açıqlanıb.
AzVision.az-ın məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclasında bildirilib ki, dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4 300-ü, KİV-lərin sayı isə 5 100-ü ötüb.

Həmçinin qeyd olunub ki, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib, ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 3 dəfə artaraq 1,8 milyondan çox olub.

AzVision.az


Teqlər:





Xəbər lenti