Lavrov Məmmədyarova erməni nazirlə görüşməyi təklif edib

Lavrov Məmmədyarova erməni nazirlə görüşməyi təklif edib
  31 Yanvar 2017    Oxunub:2255
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı Dağlıq Qarabağ münaqişənin həllinə dair işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb".

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirilən mətbuat konfransında deyib. XİN rəhbərinin sözlərinə görə, Rusiya tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini təklif edib.

"Azərbaycan tərəfi buna razıdır. Lakin biz düşünürük ki, bu görüşlərin nəticələri olmalıdır. Görüşlər sadəcə görüş xatirinə keçirilməməlidir".

Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində həmsədrlərlə görüşəcəyini bildirib: “Görüş fevralın 17-19-da olmalıdır. Mən bu görüşə razılıq vermişəm”.

Nazir, həmçinin həmsədrlərlə görüş zamanı əsgərimizin meyitinin qaytarılmasını müzakirə edəcəyini deyib: “Əsgərimizin meyitinin geri verilməməsi antihumanist hərəkətdir, çox səhv addımdır. Bunu həmsədrlərlə də müzakirə edəcəyik. Neçə dəfə razılığa gəlmişik ki, döyüşlərdən sonra meyitlər tez zamanda qaytarılsın”

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti