Niko Rosberq F1-in qalibi oldu - YENİLƏNİB

Niko Rosberq F1-in qalibi oldu - YENİLƏNİB
  19 İyun 2016    Oxunub:27029
Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-Prisinin final mərhələsi yekunlaşıb.

AzVision.az xəbər verir ki, pilotlar 51 dövrəlik trasda yarışları 85 dəqiqəyə başa vurublar.

Yarışda “Mercedes” komandasının üzvü Niko Rosberq 1:48.942 nəticə ilə hamıdan üstün olub. İkinci pillədə isə "Ferrari" Sebastean Fettel gelib.

Ümumilikdə yarışın nəticələrinə əsasən ilk 10-luq bu cür formalaşıb:



Ümumilikdə yarışda iştirak edən 22 pilotdan 18-i finiş xəttini keçə bilib. F1 üzrə dünya çempionu Luis Hemilton isə Bakıda keçirilən Qran-pridə 5-ci olub.

***

Bakıda keçirilən Avropa Qran-prisində ən yüksək sürət qeydə alınıb.

“Mercedes”in pilotu Luis Hamilton bolidini saatda 364 kilometr sürətlə idarə edib.

***

Pilotlar artıq Bakı şəhər halqasında 34-cü dövrəni yerinə yetiriblər. Trek üzrə ən yaxşı göstərici “Mercedes”in pilotu Niko Rosberqə məxsusdur - 1 dəqiqə 48,539 saniyə.

İkinci və üçüncü yerlərdə “Ferrari”nin sürücüləri Sebastian Fettel və Kimi Raikonnendir.

***

AzVision.az xəbər verir ki, “Mercedes” kamandasının üzvü Bakı Şəhər Halqasında saatda 364 kilometrlə hərəkət edib.

***

“Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi açılış mərasimi başa çatıb. Saat 17:00-da “Formula-1” üzrə Avropa Qran-prisi başlayıb.

Yarışda birincilik uğrunda 22 pilot mübarizə aparır.

AzVision.az final yarışının iki saat davam etməsi nəzərdə tutulub.

Pilotlar start xəttinə aşağıdakı ardıcıllıqla çıxıblar:

1. Niko Rosberq - "Mercedes"
2. Serxio Peres - "Force İndia"
3. Daniel Rikkardo - "Red Bull Racing"
4. Sebastian Fettel - "Ferrari"
5. Kimi Raykonnen - "Ferrari"
6. Felipe Massa - "Uilyams"
7. Daniil Kvyat - "Red Bull Racing"
8. Valtteri Bottas - "Uilyams"
9. Maks Ferstappen - "Toro Rosso"
10. Lüis Hamilton - "Mercedes"
11. Roman Qrojan - "Haas"
12. Niko Hülkenberq - "Force İndia"
13. Karlos Saynts - "Toro Rosso"
14. Fernando Alonso - "McLaren"
15. Estabean Qutyerres - "Haas"
16. Felipe Nasr - "Sauber"
17. Rio Haryanto - "Manor"
18. Paskal Verlyayn - "Manor"
19. Censon Batton - "McLaren"
20. Markus Erikson - "Sauber"
21. Kevin Maqnussen - "Renualt"
22. Kolion Palmer - "Renault"

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

***

"Formula 1" üzrə Bakı Qran-Prisinin rəsmi açılış mərasimi başlayıb.

Açılış mərasimində xalqımızın zəngin irsi bütün dünyaya nümayiş olunub. Bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət açılış mərasimində rol alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti