Riçard Çarneski `ASAN xidmət`də - Fotolar

Riçard Çarneski `ASAN xidmət`də - Fotolar
  10 Sentyabr 2016    Oxunub:1458
9 sentyabr 2016-cı il tarixində Avropa Parlamentinin vitse-prezidenti cənab Riçard Çarneskinin rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı Bakı "ASAN xidmət" mərkəzi və “ASAN radio”nun fəaliyyəti ilə tanış olub.
Qonaqları salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 11 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.





AzVision.az


Teqlər:  





Xəbər lenti