`Bəzi ünsürlər referenduma ləkə salmağa çalışır` - Rüstəm Usubov

`Bəzi ünsürlər referenduma ləkə salmağa çalışır` - Rüstəm Usubov
  18 Avqust 2016    Oxunub:4842
“Referendumla bağlı prokurorluq orqanlarının əsas işi daxil olan şikayələrə baxmaq, referenduma çıxarılmış məsələlərin mahiyyətini izah etməkdir”.

AzVision.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

O, seçki prosesində müsbət dinamikanın müşahidə edildiyini vurğulayıb: “Bu, aparılan maarifləndirmə işləri, qanunvericiliyin tələblərinin izah olunması ilə bağlıdır. Şəxslərin seçki və referendum prosesinə müdaxilə etməsi yolverilməzdir. Bəzi ünsürlər referenduma ləkə salmağa çalışırlar. “Referenduma yox” kimi sözlər yazılan vərəqələr yayırlar. Biz bunlara qarşı iş aparırıq. Belə əməllərin qarşısı alınır. Ümid edirəm ki, referendum ən yüksək və demokratik formada keçiriləcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti