Azərbaycan və Avropa İttifaqı arasında viza sadələşdiriləcək

Azərbaycan və Avropa İttifaqı arasında viza sadələşdiriləcək
  31 İyul 2013    Oxunub:1638
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi və Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş layihələri paraflanıb.
29 iyul tarixində Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi və Readmissiya Sazişi layihələri ölkəmizin Aİ yanında Nümayəndəliyinin rəhbəri Səfir Fuad İsgəndərov və Avropa Komissiyasının Daxili Siyasət üzrə Baş direktoru Stefano Manservisi tərəfindən paraflanıb. Bu paraflanmadan sonra Saziş layihələrinin cari ilin noyabr ayında Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammiti çərçivəsində imzalanması nəzərdə tutulur.

Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş Azərbaycan vətəndaşlarının Avropaya asanlaşdırılmış qaydalarla səfərlərinə geniş imkanlar açır. Xüsusilə elm adamları, təhsil məqsədilə səfər edən tələbələrimiz, müalicə məqsədilə Avropa ölkələrinə səfər etmək zərurəti duyan vətəndaşlarımız, dövlət və hökumət əhəmiyyətli səfərlər, eyni zamanda, idman, mədəniyyət və humanitar tədbirlərdə iştirak etmək məqsədilə səfər edən şəxslər bu sazişin müddəalarından irəli gələn sadələşdirilmiş üsulla viza almaq imkanı əldə edəcəklər.

Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi Sazişinin imzalanmasının digər bir üstünlüyü isə vizanın əldə edilməsi üçün tələb olunan sənədlərin sayının əsaslı şəkildə azaldılması, viza rüsumlarının qarşılıqlı şəkildə iki dəfə azaldılması, uzunmüddətli və çoxdəfəli vizaların əldə edilməsi imkanıdır. Eyni zamanda, xaricdə yaşayan ailə üzvlərini ziyarət etmək məqsədilə Avropaya səfər edən vətəndaşlarımız bu Sazişin yaradacağı güzəştlərdən faydalana biləcəklər.


Teqlər:  





Xəbər lenti