Dollar ucuzlaşmaq əvəzinə niyə bahalaşır?

Dollar ucuzlaşmaq əvəzinə niyə bahalaşır?
  08 Mart 2016    Oxunub:9398
Son günlər dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Bu günə olan ən son məlumata görə, neftin qiyməti psixoloji həddi keçərək 40 dollar olub.
Bakı vaxtı ilə saat 19:40-a olan məlumata əsasən Londonun İCE birjasında Brent markalı neftin 1 barrelinin may fyuçersi 40,07 dollara satılıb.

Məlumat üçün bildirək ki, sonuncu dəfə neftin qiyməti 2015-ci ilin dekabr ayının 10-da 40 dollardan yüksək olub.

Neftin bahalaşması ilə paralel Azərbaycanda dolların qiymətinin qalxması müşahidə olunur.

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının martın 9-na rəsmi məzənnəsini 1,6228 AZN/USD səviyyəsində müəyyən edib

Qeyd edək ki, martın 7-nə rəsmi məzənnə 1,6105 AZN/USD səviyyəsində olub.

Maraqlıdır ki, neftin bahalaşdığı məqamda dollar buna adekvat olaraq ucuzlaşmalı olduğu halda niyə əksi baş verir? Yəni dollar niyə bahalaşır?



İqtisadçı Vüqar Bayramovun fikrincə, Mərkəzi Bank üzən valyuta rejiminə keçdiyini bəyan etsə də, realıqda “üzən məzənnə”yə keçilməyib. Onun sözlərinə görə, Mərkəzi Bankın üzən valyuta rejiminə keçməməsi dolların bahalaşmasına səbəb olur və MB-nin intervensiya xərclərini artır:

“Belə olduğu halda Mərkəzi Bank daha çox valyutanı bazara çıxarır. Bu baxımdan baş bankın valyuta ehtiyyatlarına kəskin azalma müşahidə olunur. Hazırda dollara tələb yüksəlib. Bazarda valyuta təklifi azaldığı üçün Mərkəzi Bank daha çox intervensiya etmək məcburiyyətində qalır. Eyni zamanda idxalın artması daha çox valyuta tələbi yaradır. Bu da dollara olan tələbi artır.

Mövcud məzənnə siyasəti dollara tələbi artırıb. Manatın bundan sonrakı taleyi birbaşa olaraq Mərkəzi Bankın siyasətində asılı olacaq”-deyə ekspert bildirib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti