`Günəşli` faciəsilə bağlı son məlumat: 14 ölü, 19 itkin

`Günəşli` faciəsilə bağlı son məlumat: 14 ölü, 19 itkin
  30 Yanvar 2016    Oxunub:2679
SOCAR 4 dekabr 2015-ci il tarixində “Günəşli” və “Neft Daşları” yataqlarında baş vermiş qəza haqqında məlumat yayıb.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, 4 dekabr 2015-ci il tarixində “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub (Əlavə 1) və 19 nəfər (Əlavə 2) itkin düşüb.

Eyni zamanda həmin gün "Neft Daşları"nda baş vermiş qəza nəticəsində SOCAR-ın Nəqliyyat İdarəsinin 3 nəfər (Əlavə 3) işçisi itkin düşüb.

“Günəşli” yatağından təxliyə edilmiş işçilərə lazımi tibbi yardım göstərılib, bir nəfər isə - Ələkbərov Bəxtiyar Söhrab oğlu yanıq xəsərəti ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alır.


Teqlər:  





Xəbər lenti