İsa Qəmbər Pənah Hüseyni saymadı

İsa Qəmbər Pənah Hüseyni saymadı
  25 Yanvar 2016    Oxunub:5957
Ötən gün bir sıra müxalifət partiyaları bir araya gələrək guya ölkədəki vəziyyəti müzakirə ediblər. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu çıxışında müxalifətdə birliyin olmamasından şikayətlənib. Tədbirdə Müsavat və AXCP partiyalarının iştirak etməməsi tənqid edilib.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn AzVision.az-a açıqlamasında partiyalara dəvət göndərilmədiyini deyib.

“Heç kimə xüsusi dəvət göndərilməyib. Bu, ümumiyyətlə müxalifət partiyalarının tədbiri deyildi. Tədbiri ictimai-siyasi qüvvələrin toplantısı adlandırmaq daha doğru olardı. Orada partiyalardan başqa siyasi hərəkatlar, ayrı-ayrı şəxslər də var idi”.

Müsavat və AXCP-nin tədbirə dəvət olunmamasına gəlincə isə P. Püseyn deyib: “Müsavat Partiyasının bir neçə üzvü həmin toplantıda iştirak edib. Şəxsən İsa Qəmbəri bu toplantıya dəvət etmişdim. Ancaq, iştirak etmədi. Təşkilatçılar tərəfindən isə Müsavat başqanı Arif Hacılıya iştirakla bağlı dəvət göndərilib. Təəssüf ki, o da tədbirə qatılmadı”.

Müsavat və AXCP müxalifətin tədbirində niyə iştirak etməyib?

AXCP sədrinin müavini Gözəl Bayramlı AzVision.az-a açıqlamasında onlara tədbirlə bağlı dəvət göndərilmədiyini bildirib.

“Bizə dəvət göndərilmədiyindən, müxalifətin görüşü haqda bizdə məlumat yoxdur. Bu barədə təklif gəlsəydi, bəlkə də iştirak edərdik”.

Müsavat başqanın müavini Elman Fəttah da müxalifətin tədbirindən xəbərsiz olduqlarını deyib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti