Metroda dəhşətli intihar - Yenilənib

Metroda dəhşətli intihar - Yenilənib
  13 Yanvar 2016    Oxunub:18429
Bakı metrosunda ölüm hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə “Əhmədli” stansiyasında baş verib.

Məlumata görə, saat 11:08 radələrində sərnişin intihar məqsədi ilə özünü qatarın altına atıb. Sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazırda stansiyada enerji verilməsi dayandırılıb.

Qurum rəsmisi qeyd edib ki, 30 yaşında oğlan qatar platformaya daxil olanda özünü qatarın altına atıb. Hazırda onun cəsədi çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

***

İntihar edən şəxs 1982-ci il təvəllüdlü Aşurov Qoşqar Etibar oğludur. Hazırda hadisənin səbəbləri araşdırılır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti