Azərbaycan da daxil olmaqla 34 ölkədən keçdi - Foto

   Azərbaycan da daxil olmaqla 34 ölkədən keçdi -    Foto
  09 May 2024    Oxunub:1051
İğdırda peyk ötürücüsü quraşdırılan şahin iki il ərzində üç qitənin 34 ölkəsindən keçib və 48 865 kilometr məsafə qət edib.
Türkiyənin Araz Quş Araşdırma Mərkəzindən verilən məlumata görə, səyahət zamanı çöl şahini Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Qazaxıstan, Suriya, İraq, İordaniya, Livan, Fələstin, İsrail, Səudiyyə Ərəbistanı və digər ölkələrdə olub.

Şahin yay aylarını Rusiyada, qış aylarını isə Namibiyada keçirib. Əsas yaşayış yeri isə Araz çayının vadisi olub.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti