İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi
  12 Yanvar 2016    Oxunub:1665
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

AzVision.az-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
İstanbulun Sultanəhməd meydanında törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq.

Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə və hamılıqla mübarizə aparılmasını zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm`.


Teqlər:  





Xəbər lenti