Siqaret və arağı nağd almaq olar - İcra başçısından qərar

Siqaret və arağı nağd almaq olar - İcra başçısından qərar
  12 Yanvar 2016    Oxunub:5320
Gəncə şəhərində tütün məmulatları və spirtli içkilərin satışı ilə bağlı yeni qərar verilib.
AzVision.az xəbər verir ki, İcra Hakimiyyətinin tapşırığa müvafiq olaraq bu gündən etibarən iaşə və ticarət obyektlərində tütün məmulatları və spirtli içkilərin satışı nağd və ya nağdsız (kartla) həyata keçirilə bilər.

Qeyd edək ki, 2016-cı ilin yanvarın 1-dən etibarən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” qüvvəyə minib. Yeni qaydaya əsasən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.


Teqlər:  





Xəbər lenti