Gömrük işini gücləndirdi - “Donuz qripi” həyəcanı

Gömrük işini gücləndirdi - “Donuz qripi” həyəcanı
  08 Yanvar 2016    Oxunub:2925
Türkiyədə qeydə alınmış “donuz qripi” təhlükəsi ilə bağlı Azərbaycanın gömrük keçid-məntəqələri gücləndirilmiş iş rejiminə keçib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bunu bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Masallıda jurnalistlərə müsahibəsində bildirib.

A.Əliyev qeyd edib ki, istər “donuz qripi”, istərsə də “quş qripi”nin əsas əlamətləri yüksək hərarətin olması ilə seçilir. Ona görə də bütün sərhəd-buraxılış keçid məntəqələri termoqurğularla təchiz olunub:

“Sərhəd-buraxılış məntəqələrinə Dövlət Gömrük Komitəsinin tərkibində olan həkim briqadaları da cəlb edilib. Daim Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Yaxın zamanlarda nazirliyin təcrübəli həkimlərinin iştirakı ilə bizim tibb işçilərimiz üçün seminar-treninqlərin keçirilməsi də nəzərdə tutulub”.

AzVision.az


Teqlər:





Xəbər lenti