ABŞ-ın Rusiya və İrana qarşı neft müharibəsi

ABŞ-ın Rusiya və İrana qarşı neft müharibəsi
  19 Dekabr 2015    Oxunub:3931
Bəzi Qərb analitiklərinin fikrincə, İraq və Əfqanıstanda uğursuz uzun müharibələrin təcrübəsini nəzərə alan Ağ ev heç bir yerdə quru hərbi əməliyyatlar keçirməyi planlaşdırmır. Əgər strateji rəqibi əzmək lazımdırsa, regional müttəfiq ilə razılaşaraq iqtisadi kartı oynamaq olar. Məsələn, Rusiyanı və İranı zəif xammal iqtisadiyyatı sayəsində ram etmək olar.

Siyasi oyunda fəal iştirakda ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanı neftin dünya qiymətlərini daha da ucuzlaşdıra bilər. Bunu etmək çətin deyil, az tələbat fonunda təklifləri bir az da artırmaq lazımdır. Səudiyyəlilər belə təcrübəyə malikdirlər. Bu təcrübə 1980-ci ildə, Səddam Hüseynin rejiminin sabitliyini pozmaq məqsədi yaranarkən əldə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə britaniyalı jurnalist Larri Elliot “The Guardian” qəzetində yazıb.

Əgər hər hansı bir neft investoru 2014-cü ilin əvvəlində İraqın şimal və qərb hissəsində terrorçu-yaraqlıların fəallaşması sayəsində neftin qiymətlərinin artmasını, dünya iqtisadiyyatının isə möhkəmlənəcəyini düşünsəydi, neft istehsalatına pul yatırmağa davam edərdi. Və səhv etmiş olardı. Neft hasil edilən rayonlarda geosiyasi gərginlik heç də neftin qiymətinin artmasına gətirib çıxarmadı, daha əvvəllər isə xammala olan dayanıqlı tələbat tamamən çökdü.

Neftin bir barel üçün 110 dollar olan qiyməti tez bir zamanda yerlə-yeksan oldu. Yalnız son üç ayda qara qızılın qiymətləri dörddə bir dəfə ucuzlaşıb. Anbarlarda tələbat olmayan xammalın nəhəng ehtiyatları yığılıb qalıb. Bu proses qlobal iqtisadiyyatın bərpasının axsaması və Çinin inkişafının sürətinin azalması fonunda baş verdi. Bütün bunlarla yanaşı “Avrozonada yeni staqnasiya” meydana gəldi, müəllif yazır.

Amma bu, hələ son deyil, analitik qeyd edir. Səudiyyə Ərəbistanının 1973-cü ildə “Məşhər günü” müharibəsinə cavab olaraq neftin ixracına qoyulan embarqosu ilə əlaqədar neftin qiymətinin dördqat artması xammalın diplomatik və iqtisadi silah kimi işlənməsinin yolunu göstərdi. Jurnalist tarixin təkrarlandığını hesab edir.

Obamanın administrasiyası bu gün nə istəyir? Larri Elliotun fikrincə, Ağ ev sülh istəyir: 1) Tehran nüvə proqramından imtinaya riayət etməlidir; 2) Vladimir Putin Ukraynanın şərqindən geri çəkilməlidir.

İraq və Əfqanıstanda baş verən hadisələrdən sonra Ağ ev əsgərlərinin yad torpaqlarda addımlamasını istəmir. Bəs strateji rəqiblərə öz iradəsini necə diktə etsin? Çox sadə: öz müttəfiqi, Səudiyyə Ərəbistanının köməyi ilə Vaşinqton neftin qiymətlərini ucuzlaşdırmağa çalışır. Bu, onsuz da xammal ilə dolu olan bazarda neft ehtiyatlarını bir qədər artırmaq ilə edilir. Həm ruslar, həm də iranlılar hansısa mənada neft ixracından asılıdırlar. Və əgər qiymətlərin ucuzlaşması onlara zərbə vurarsa, onlar daha üzüyola olacaqlar.

ABŞ dövlət katibi Con Kerrinin kral Abdalla (sentyabr, 2015-ci il) ilə razılaşmaya gəldiyi barədə məlumat var. Bu razılaşmaya əsasən, səudiyyəlilər nefti bazar qiymətindən aşağı satacaqlar. Bu məlumat İraq və Suriyadakı böhran fonunda neftin qiymətlərinin ucuzlaşmasını izah edir. Adətən belə böhranlarda əks vəziyyət yaranır: neftin qiyməti bahalaşır.

Səudiyyə Ərəbistanı artıq 1980-ci illərin ortalarında qiymətləri ucuzlaşdırmaq üzrə təcrübə toplayıb. Neftin qiymətinin bir barel üçün 10 dollardan ucuz olmasına “Geosiyasi motivasiya” Ər-Riyadın Səddam Hüseyn rejiminin sabitliyini pozmaq arzusundan irəli gəlirdi.

Yaxın Şərq üzrə mütəxəssislərin fikrincə, Səudiyyə Ərəbistanı bu dəfə İrana təzyiq göstərmək və Rusiyanın Suriyada Əsəd rejimini dəstəkləməsini zəiflətməyə məcbur etmək istəyir.

Ucuz qiymətlərin Səudiyyə Ərəbistanının büdcəsinə təsiri hələlik dözüləndir. Səudiyyəlilər belə riskli oyunları sevirlər, həm də onlar rusiyalılar və iranlılardan fərqli olaraq özlərinə belə ucuz qiymətlərlə uzun müddət yaşamağa icazə verə bilərlər. Bu səbəbdən də onların bu əməliyyatı uzun sürməyəcək.

Britaniyalı jurnalist hesab edir ki, bu, “soyuq müharibənin yeni təzahürü” Rusiyaya ağır təsir edir. Özünüz baxın: neft və qaz ticarəti Rusiya ixracının 70%-ni təşkil edir. Rusiyanın büdcəsi əgər neftin qiyməti bir barel üçün 100 dollardan baha olmazsa üst-üstə gəlməyəcək.

Bəli, Moskvanın valyuta ehtiyatları var, amma onlar sərhədsiz deyillər. Rubl yalnız keçən həftə 10% ucuzlaşıb. Bu inflyasiya Rusiya şirkətlərinin valyuta borclarının ödənilməsi xərclərini kəskin şəkildə artırır. Bundan başqa, Mərkəzi bank təzyiq altında qalır və bu onu faiz payını qaldırmaq barədə düşünməyə məcbur edir. Bu qərar “daha da dərin iqtisadi böhran” sayəsində valyutanı sabitləşdirməyə yardım edə bilərdi, britaniyalı iqtisadi həqiqətləri xatırladır.

Bununla yanaşı, Rusiyanın xarici siyasəti dəyişməyib. Prezident Bəşər Əsədin dəstəklənməsi davam edir. Ukraynaya gəldikdə isə, mətbuatda “Ukraynanın şərqinə daxil olan Rusiya qoşunları” barədə məlumatlar gedib, jurnalist yazır.

İranın bütün bunlara olan reaksiyası hələ aydın deyil.

ABŞ üçün bu neft oyunları çox sadə görünür. Vaşinqtonun “neft kartını” oynamağa hazırlığı əminlikdən irəli gəlir: zamanla ABŞ dünyada iri neft istehsalçısına çevriləcək. Neftin qiymətinin ucuzlaşması fonunda bu bəyanat qəribə görünə bilər, amma amerikalılar Rusiyadan fərqli olaraq, xammalın ixracının deyil, ilk növbədə milli təhlükəsizliyin qayğısına qalırlar. Əgər daha öncə ölkənin “qlobal neft şoklarına” qarşı zəifliyi var idisə, indi neft və qazdan ibarət “ehtiyat yastığı” Vaşinqtona sabahkı günə əminlik yaradır.

Birləşmiş Ştatlar həqiqətən nəhəng həcmdə neft hasil edir.

“Sözsüz ki, bu, təsiredicidir”, - jurnalist yazır və 2014-cü ilin ikinci rübündə neft hasilatının 2011-ci ilin neft hasilatı ilə müqayisədə 50%, gün ərzində 5,7 milyon bareldən 8,4 milyon barelə qədər artdığını xatırladır. Bu rəqəmlər əyani şəkildə istənilən təchizatçı, o cümlədən İran və Rusiya tərəfindən sanksiyalar və ya sanksiyalarsız neftin tədarükünün azaldılması nə ABŞ iqtisadiyyatına, nə də qlobal iqtisadiyyata təsir edəcəyini göstərir. İstənilən halda neft boldur.

Digər tərəfdən, neftin qiymətinin kəskin şəkildə azalması bəzi neft yataqlarını əhəmiyyətsiz edir. Bu, “ilkin xərclərin örtülməsi üçün yüksək sərmayələrin tələb olunduğu, yenidən işlənməsi planlaşdırılan işlər”ə aiddir, analitik xatırladır. Qısası, ABŞ və Səudiyyə Ərəbistanının razılaşmasının “əks təsiri” mövcuddur. Müəllif hesab edir ki, neftin qiymətlərinin ucuzlaşdırılması “neft köpüyünün” partlamasına gətirib çıxaracaq.


Teqlər:  





Xəbər lenti