Yas mərasimləri qanunla tənzimlənəcək
S.Novruzov hesab edir ki, bu istiqamətdə edilən tövsiyələr istənilən nəticəni vermədiyi üçün yas mərasimlərinin keçirilməsi ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac var: “Dünyada bu baxımdan bir çox təcrübələr var. Hazırda Türkiyə, İran, Pakistan və digər müsəlman ölkələrinin bu istiqamətdə təcrübələrini öyrənirik. Fikirləşirik ki, bu təcrübələri öyrəndikdən sonra əsaslı şəkildə, hər bir tərəfin marağına toxunmadan müvafiq normativ-hüquqi sənəd ortaya çıxaraq. Məsələnin qanun çərçivəsində tənzimlənməsinə ehtiyac var, çünki tövsiyə ilə bunu həyata keçirmək mümkün deyil. İnsanların bir hissəsi tövsiyəyə əməl edir, bir hissəsi isə əməl etmir. Bu baxımdan gərək qanun olsun ki, hamı da qanun qarşısında bərabər şəkildə öz borcunu yerinə yetirsin”.
AzVision.az
Teqlər: