Polisdən əməliyyat: Silah və dini vəsaitlər tapıldı

Polisdən əməliyyat: Silah və dini vəsaitlər tapıldı
  11 Dekabr 2015    Oxunub:1783
Şəki sakinin evindən silah və qadağan olunmuş dini ədəbiyyat götürülüb.
AzVision.az DİN-in saytına istinadənxəbər verir ki, Şəki şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Kiçik Dəhnə kənd sakini Əzizbala Nəzirovun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi kəsilmiş ov tüfəngi, 4 ədəd patron, 36 ədəd yayılması və təbliği qadağan olunmuş dini ədəbiyyat, 26 ədəd CD disklər aşkar edilərək götürülüb.

Ə.Nəzirov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti