Elçin Quliyev türk generalla görüşdü

Elçin Quliyev türk generalla görüşdü
  19 Noyabr 2015    Oxunub:1469
Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev Türkiyə Quru Qoşunlarının Komandanı Salih Zeki Çolakla görüşüb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzVision.az- a verilən məlumata görə, noyabrın 18-də Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikası Quru Qoşunlarının Komandanı ordu generalı Salih Zeki Çolakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Məlumatda bildirilir ki, görüşdə ölkələrimiz arasındakı möhkəm əlaqələrin qədim tarixi köklərə, mehriban dostluq və qardaşlıq ənənələrinə əsaslandığı məmnunluq hissi ilə qeyd olunub. Ölkələrimiz arasında hərbi əməkdaşlığın uğurlu inkişafı xüsusilə vurğulanıb, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Quru Qoşunları arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tutduğu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyini bildirən ordu generalı S.Çolak Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub, qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Görüş zamanı tərəflər arasında sərhəd təhküsəzliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, sərhəd təlimlərinin və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.


Teqlər:





Xəbər lenti