Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilir

Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilir
  19 Sentyabr 2024    Oxunub:442
Dövlət Turizm Agentliyinin nümayəndə heyəti turizm və rekreasiya zonalarının yaradılmasında əsas aspektlərin mənimsənilməsi, zonalarının inkişaf etdirilməsi və davamlılığının təmin edilməsi istiqamətində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə Ankara və Afyonkarahisar şəhərlərinə səfər ediblər.
Agentlikdən verilən məlumata görə, səfər Dövlət Turizm Agentliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında yaradılmış Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyanın 3-cü iclasının yekunlarına dair Fəaliyyət Planının icrası məqsədilə həyata keçirilib.

Səfər çərçivəsində Türkiyə Turizm Nazirliyinin İnvestisiya və Müəssisələr üzrə Baş İdarəsinin nümayəndələri və Afyonkarahisar şəhərinin rəsmiləri ilə işgüzar görüşlər keçirilib. İkitərəfli turizm əlaqələrinin perspektivləri, təcrübə mübadiləsi məsələləri müzakirə edilib və birgə fəaliyyətlərin həyata keçirilməsinə dair razılıqlar əldə edilib.

Həmçinin Türkiyənin termal paytaxtı hesab olunan Afyonkarahisar şəhərinin bu istiqamətdə təcrübəsinin Kəlbəcər rayonunda termal su mənbələrinin müalicə-sağlamlıq məqsədilə istifadəsinin tətbiq edilməsi üzrə dəyərləndirmələr aparılıb.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti