Yapon şirkəti: "Partladılan peycerlərin istehsalı dayanıb"

      Yapon şirkəti:    "Partladılan peycerlərin istehsalı dayanıb"
  19 Sentyabr 2024    Oxunub:1178
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatına məxsus peycerlərin kütləvi şəkildə partlaması bütün dünyada bu cihazlara qarşı yeni yanaşma meydana gətirib.
Yaponiyanın "Icom" texnoloji avadanlıq şirkəti bəyanat yayıb ki, Livanda partlamış peycer modellərini "artıq 10 ildir ki istehsal etmir".

"IC-V82" modelli rabitə cihazı 2004-cü ildən 2014-cü ilin oktyabrınadək buraxılıb və bir çox regiona, o cümlədən Yaxın Şərqə də ixrac olunub. Təqribən 10 ildir ki bu modelin şirkətimiz tərəfindən istehsalı da, ixracı da dayandırılıb", - bəyanatda vurğulanır.
İsrail "Hizbullah"a məxsus peycerləri partladıb: 3 min yaralı - FOTOLAR - YENİLƏNİB

Xatırladaq ki, İsrail kəşfiyyatının Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatına aid peycerlərə yerləşdiyi partlayıcılar ötən axşam işə düşüb. İsrail tərəfi bu barədə hələlik açıqlama verməyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Yaponiya   Livan   partlayış  





Xəbər lenti