Harris: "Evimə basqın edəni güllələyəcəyəm!" - VİDEO

      Harris:    "Evimə basqın edəni güllələyəcəyəm!"    - VİDEO
  20 Sentyabr 2024    Oxunub:320
ABŞ prezidentliyinə namizəd Kamala Harris maraqlı açıqlama verib.
Hill nəşrinin yaydığı məlumata görə, siyasətçi teleaparıcı Opra Uinfriyə müsahibəsində deyib ki, əgər kimsə onun evinə basqın etməyə cəhd etsə, həmin şəxsə qarşı odlu silahdan istifadə etməyə hazırdır.

Maskdan proqnoz: "Harris qalib gəlsə, ABŞ-də tiranlıq olacaq"
"Əgər kimsə evimə girsə, güllələnəcək!", - o, deyib. Lakin Harris bu sözləri gülərək ifadə edib.
Hill bu mövzunun Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampa qarşı ikinci sui-qəsd cəhdindən sonra aktuallaşmasına da diqqət çəkib. Harrisin özü isə Trampla debat zamanı odlu silaha sahib olduğunu etiraf edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Harris   Silah   Namizəd   ABŞ  





Xəbər lenti