Livan bir saat ərzində İsrailə 130 raket atıb

Livan bir saat ərzində İsrailə 130 raket atıb
  20 Sentyabr 2024    Oxunub:1132
"Bu gün Livandan İsrailin şimalına bir saat ərzində 130-a qədər raket atılıb".
AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.

Bildirilib ki, əvvəlcə 60, daha sonra isə 70 mərmi atılıb. Onların bir hissəsi havada sıradan çıxarılıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti məlumat verib ki, TSAXAL cümə axşamından bəri Hizbullahın 100-ə yaxın hərbi obyektinə zərbələr endirib.

Xatırladaq ki, İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında rəsmi Təl-Əvivin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə tez-tez bir-birinin mövqelərini atəşə tuturlar.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: İsrail   Livan   münaqişə  





Xəbər lenti