"Tərəflər sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş qət ediblər. Onları bu, ya digər şəkildə dəstəkləməyə sadiqik. Əlbəttə, danışıqlara fayda verərsə, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü keçirmək üçün imkanlar axtarırıq", - Miller deyib.
Prezident İlham Əliyev Blinkenlə telefon danışığı aparıb |
Xatırladaq ki, Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə axırıncı görüşü iyulda baş tutub.
Firudin Həmidli
AzVision.az