Stoltenberq NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırdı

Stoltenberq NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırdı
  19 Sentyabr 2024    Oxunub:361
NATO-ya üzv ölkələr müdafiə xərclərini artırmalıdırlar.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun səlahiyyət müddəti başa çatan Baş katibi Yens Stoltenberq Brüsseldə vida nitqi zamanı bildirib.

Stoltenberqin sözlərinə görə, NATO ölkələri “sülhün bədəlini ödəməyə” hazır olmalıdırlar.

“ÜDM-in 2 %-i artıq ittifaqın təhlükəsizliyini təmin etmək üçün kifayət etmir. Pul nə qədər çox olsa, müdafiəmiz bir o qədər güclü, mühafizəmiz bir o qədər təsirli, təhlükəsizliyimiz isə bir o qədər yüksək olar. Hər bir müttəfiq xərci qiymətləndirməlidir, lakin aydındır ki, bu, ÜDM-in 2 %-dən xeyli çoxdur”, o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti