“Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub etdi

“Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub etdi
  20 Sentyabr 2024    Oxunub:315
Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində "Qarabağ" komandası "Neftçi"ni qəbul edib.
AzVision.az xəbər verir ki, "Azersun Arena"da keçirilən görüşdə Ağdam təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

Matçın 18-ci dəqiqəsində "Neftçi"nin heyətində Robert Bauer avtoqol müəllifi olub.

Qarşılaşmanın 29-cu dəqiqəsində Olavio Juninyo hesabda fərqi artırıb.

Görüşün 45+3-cü dəqiqəsində Yassin Benzia top fərqini üçə çatdırıb.

90+1-ci dəqiqədə isə Leandro Andrade adını tabloya yazdırıb.

Bununla da “Qarabağ” 3 xalı 4 cavabsız qolla qazanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti