"BakıKart" tətbiqindəki silinən pulların taleyi necə olacaq? - Açıqlama

   "BakıKart" tətbiqindəki silinən pulların taleyi necə olacaq? -    Açıqlama
  20 Sentyabr 2024    Oxunub:328
“BakıKart”ın mobil tətbiqi bir müddətdir ki, işləmir. Şəhər sakinləri texniki nasazlıq səbəbindən tətbiqdən istifadə edə bilmirlər. Eyni zamanda sərnişinlər mobil tətbiq hesablarında pul olduğunu və pulların silinməsi ilə bağlı narahatlıq keçirdiyini bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir:

“BakıKart” tətbiqi işləmir
"Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik.

Qeyd edək ki, vətəndaşların hesabları və oradakı vəsait silinməyib. Tətbiq işə salındıqdan sonra hesablara yatırılan vəsaitdən istifadə etmək mümkün olacaq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   “BakıKart”   AYNA  





Xəbər lenti