"Hərtərəfli regional müharibənin astanasındayıq. Əbəttə, belə bir müharibə qarşısını almaq məqsədilə yorulmadan çalışırıq", - o deyib.
Səfir "Hizbullah"ın hərbi gücünə eyham vuraraq, terror qruplaşmasını "möhtəşəm döyüş qüvvəsi" adlandırıb.
"Bu vəziyyətdə İsrailin hücuma keçərsə, gözləmədiyi müqavimətlə qarşılaşa bilər", - Mürtəza vurğulayıb.
(Livanın Britaniyadakı səfiri Rami Mürtəza)
Onun sözlərinə görə, müharibə təkcə Livana, bütün Yaxın Şərqə "qiyamət ab-havası gətirəcək".
"Tarixdən dərs çıxarmalı, bütün səylərimizlə belə bir nəticəyə imkan verməməliyik", - səfir diqqətə çatdırıb.
Livandakı partlayışda İran səfiri də yaralanıb |
Xatırladaq ki, ötən günlərdə "Hizbullah" terror təşkilatına məxsus peycerlərin partlaması, nəticədə minlərlə insanın xəsarət alması qruplaşma ilə İsrail arasında gərginliyi daha da artırıb. Baş vermiş hadisədə İsraili təqsirləndirən terrorçular bu ölkənin şimalına doğru raket hücumlarını intensivləşdiriblər. Digər tərəfdən, İranın Livandakı səfiri Müctəba Əmani də hadisədə xəsarət alaraq bir gözünü itirib ki, bu da rəsmi Tehranın münaqişəyə daha yaxından müqaviləsinə gətirib çıxarır.
Firudin Həmidli
AzVision.az