Ana və qızını maşın vurdu - Qız öldü

Ana və qızını maşın vurdu - Qız öldü
  12 Noyabr 2015    Oxunub:3903
Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən AzVision.az - a verilən məlumatda deyilir ki, Binəqədi qəsəbəsində 1960-cı il təvəllüdlü Vəli Rüstəmov idarə etdiyi “Chery M-Grand” markalı avtomobillə 1979-cu il təvəllüdlü Aynurə Rəhimovanı və qızı 1997-ci il təvəllüdlü Zəhra Nizaməddin qızını vurub.

Z.Rəhimova hadisə yerində ölüb, A.Rəhimova isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti