Leyla Abdullayeva deputatlıqdan niyə imtina etdi? - Açıqlama

Leyla Abdullayeva deputatlıqdan niyə imtina etdi? - Açıqlama
  02 Oktyabr 2015    Oxunub:6311
“Yeni Azərbaycan Partiyasının (YAP) 41 saylı Sumqayıt I Seçki Dairəsindən namizədliyini irəli sürdüyü hazırkı deputatı Leyla Abdullayeva dövlət qulluğunda çalışmaq barədə qərar verdiyindən namizədliyini geri götürüb”.
Bu fikirləri AzVision.az-a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O, bildirib ki, hazırda məktəb direktoru çalışan L. Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlməsi, qanunla onun seçkili orqanda təmsil olunmasına icazə vermir: "Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. İşə götürüləndə açıqlanacaq”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti