Məmmədyarov 1/4 finalda

Məmmədyarov 1/4 finalda
  22 Sentyabr 2015    Oxunub:1475
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Bakıda keçirilən Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıb.
30 yaşlı zəka ustası 1/8 finalda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edib.

Ş.Məmmədyarov ötən gün ağ fiqurlarla məğlub etdiyi F.Karuana ilə bu gün qara fiqurlarla heç-heçə edib. Beləliklə, iki görüşün yekununda 1,5:0,5 hesablı üstünlük əldə edən təşkilatçı ölkənin şahmatçısı adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovun 1/4 finaldakı rəqibi rusiyalı Sergey Karyakinlə Dmitri Andreykin arasında keçirilən görüşün qalibi olacaq.

qafqazinfo


Teqlər:  





Xəbər lenti