Azərbaycanda yeni radio və televiziya açıldı

Azərbaycanda yeni radio və televiziya açıldı
  08 Sentyabr 2015    Oxunub:6968
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
ŞuradanAzVision.az verilən xəbərə görə, iclasda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı və "CBC Sport" MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.

Şura "Televiziya və radio yayımı haqqında" 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq dövlət yayımçısı kimi Dövlət Agentliyinə 100 MHs tezliyində ümumrespublika radio yayımı və "CBC Sport" MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edib.

Eyni zamanda, iclasda yayım tezliklərindən səmərəli istifadə edilməsi ilə bağlı məsələ müzakirə edilib, dövlət və özəl yayımçıların müvafiq olaraq 37, 48 MHs yayım tezliklərində yerləşdirilməsi barədə qərar qəbul edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti