Xaçmazda zavod yanır

Xaçmazda zavod yanır
  27 İyul 2015    Oxunub:2861
Xaçmazda yanğın başlayıb. Hadisə bu gün günorta 14:20-də Xaçmazda yerləşən və fəaliyyətini uzun illər əvvəl dayandırmış konserv zavodunda baş verib.
Zavodun ərazindəki hektarla ərazidəki quru ot və kol-kosdan başlayan yanğın köhnə tikililərə də keçib.

Yanğını söndürmək üşün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə İdarəsinin 2 maşını cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Yanğınsöndürənlərin işini asanlaşdırmaq üçün hadisə yerinə Azərişıq ASC-nin işçiləri cəlb edilib. Onlar əraziyə gələn elektrik xətlərini kəsiblər.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır. İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. (ans)


Teqlər:





Xəbər lenti