Qızılımız azalıb

Qızılımız azalıb
  19 İyun 2026    Oxunub:217
2026-cı ilin yanvar-may aylarında qızıl istehsalı 17,3 faiz azalaraq 1073,4 kiloqram təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iyunun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında qızıl üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz azalaraq 73,9 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 6,6 faiz azalaraq 1575,9 kiloqram təşkil edib.

İyunun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz azalaraq 474 kiloqram qeydə alınıb.


Teqlər: Qızıl  



Xəbər lenti